Kiyev “Dinamo”su “Barselona”nın futbolçularını ələ saldı

23 May 2023 00:00 İspaniya 449
Kiyev “Dinamo”su “Barselona”nın futbolçularını ələ saldı

“Dinamo” (Kiyev) “Barselona”nın futbolçuları Aleks Balde və Serxi Robertonu tənqid edib.

Sportinfo.az xəbər verir ki, Kiyev klubunun “tvitter” hesabında ironiyalı paylaşım edilib:

“Biz “Barselona”nın oyunçularına rusiyalı azarkeşlərə yaxınlaşmağı və Rusiya çempionatında iştirak üçün müraciət etməyi səmimiyyətlə tövsiyə edirik”.

“Barsa”nın futbolçuları daha əvvəl Rusiyadan olan azarkeşlərə dəstəyə görə təşəkkür edib və komandanın uğurunda onların da payı olduğunu bildiriblər.

“Barselona” vaxtından əvvəl La Liqada çempionluğunu təmin edib. Kataloniya klubu 27-ci dəfə İspaniya çempionu olub.

FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti