“Cənab prezident, biz o qədər də pis komanda deyilik”

22 May 2023 18:00 İspaniya 489
“Cənab prezident, biz o qədər də pis komanda deyilik”

“Barselona”nın baş məşqçisi Xavi klubun azarkeşləri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, azarkeşlərə təşəkkür edib:

“Həmişə fanatlarımızdan həmrəy olmağı xahiş etmişəm. İndi isə onlara təşəkkür etməyin vaxtıdır”.

Daha sonra ispaniyalı mütəxəssis klubun prezidenti Xuan Laporta barədə fikirlərini bildirib:

“Elə prezidentimiz Laportaya da təşəkkür edirəm. Cənab prezident, biz o qədər də pis komanda deyilik. Bütün rəhbərliyə minnətdaram!”

Kataloniya təmsilçisi La Liqanın 34-cü turunun “Espanyol”la matçında qazandığı qələbə ilə (4:2) sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.

“Barsa” tarixində 27-ci dəfə İspaniya çempionu olub. Bu göstəricidə rekord “Real”a məxsusdur (35).

Digər Xəbərlər
Xəbər Lenti