“Atletiko” bu qələbə ilə ikinci yeri “Real“dan aldı - VİDEO

22 May 2023 10:20 İspaniya 745
“Atletiko” bu qələbə ilə ikinci yeri “Real“dan aldı - VİDEO

İspaniya La Liqasında 35-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, “Atletiko” öz meydanında “Osasuna” ilə qarşılaşıb.

Görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Yannik-Ferreyra Karraskonun hesabı açdığı matçda digər qolları Saul Niqez və Anxel Korrea vurublar. Qələbə sayəsində xallarını 72-yə çatdıran “Atletiko” 2-ci pilləyə yüksəlib.

Komanda bir oyun çox keçirdiyi “Real Madrid”i bir xal üstələyir.

Digər Xəbərlər
Xəbər Lenti