
İspaniya La Liqasının 35-ci turunda “Real Madrid” məğlubiyyətlə üzləşib.
Sportinfo.az xəbər verir ki, “kral klubu” səfərdə “Valensiya”ya uduzub - 0:1.
Matçda yeganə qolu 33-cü dəqiqədə Dieqo Lopez vurub. Madrid klubunun heyətində 90+7-ci dəqiqədə Vinisius Junior qırmızı vərəqə ilə meydandan qovulub.
Məğlubiyyətdən sonra “Real Madrid” 71 xalla 3-cüdür. “Valensiya” isə qələbə sayəsində xalını 40-a çatdırıb və 13-cü pillədə qərarlaşıb.