
“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisindən ayrılmayacağı, gələn mövsüm də klubda qalacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, bu məlumatları təsdiqləyib:
“Bəli, artıq burada qalacağım dəqiqləşdi. Mənə zəmanət verildi. Dünən Florentino Pereslə görüşdüm və o, mənə güvəndiyini bildirdi.
Peres mənim işimi dəstəkləyir. Bu layihəni birlikdə davam etdirəcəyik”.
Karlo Ançelottinin “Real” ilə 2024-cü ilin yayına qədərdir.