"O, bunu bilir, çünki axmaq deyil" - Klubun prezidentini tənqid etdi

21 May 2023 10:15 İspaniya 420
"O, bunu bilir, çünki axmaq deyil" - Klubun prezidentini tənqid etdi

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Real”ın prezidenti Florentino Peresi kiçik klublara münasibətinə və Avropa Super Liqasını yaratmaq istəyinə görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, Tebas, Madrid klubunun prezidentinin nə istədiyini bildiyini deyib:

“Mən “Real”ın prezidentini uzun illərdir tanıyıram. Onunla çoxlu görüşlərim olub. Onun İspaniya və Avropa futbolu haqqında nə düşündüyünü bilirəm.

O hesab edir ki, “Real” artıq İspaniyada müəyyən stadionlarda oynamağa ehtiyac duymur. Məsələn, niyə 40000 əhalisi olan şəhərlərdə oynasın?

O, güclü liqada oynamaq istəyir və bizim çempionatdan ayrılmasına səbəb kimi La Liqanın çox zəif olduğunu və böyük klubları dəstəkləmək üçün kifayət qədər pul verilmədiyini göstərir.

Uzun illər Florentino ilə çox yaxşı münasibətim də olub, həm pis, həm də çox pis (indiki kimi) münasibətimiz də.

Amma onun futboldan nə istədiyini bilirəm. Super Liqanın yaradılması son nəticədə milli çempionatı öldürəcək. O, bunu bilir, çünki o, axmaq deyil”.

Digər Xəbərlər
Xəbər Lenti