“Heç kim qarşıdakı müddətdə nələrin olacağını bilmir, hər şey dəyişir”

20 May 2023 21:40 İspaniya 320
“Heç kim qarşıdakı müddətdə nələrin olacağını bilmir, hər şey dəyişir”

“Real”ın hücumçusu Vinisius Juniorun agenti Frederiko Pena braziliyalının növbəti dayanacağının hansı ölkədə olacağı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “sambaçı”nın La Liqa klubunu tərk edəcəyi halda, İngiltərəyə yollanacağını istisna etməyib:

“Heç kim qarşıdakı müddətdə nələrin olacağını bilmir. Futbolda hər şey dəyişir.

Təsəvvür belə edə bilmədiyiniz şeylər reallaşır. Vinisius “Real”dan ayrılsa, mütləq İngiltərədə çıxış edəcək.

O nə vaxt klubu tərk edəcək? Hazırda bu barədə sadəcə bir fikir deyə bilərəm:

Vinisius çıxış etdiyi klubda qalaraq, tarix yazan futbolçulardan olmaq istəyir. Onun “Real”da 15 il və ya daha çox qalmaq ehtimalı var”.

22 yaşlı futbolçu 2018-ci ilin yayından “kral klubu”nda forma geyinir. Onun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Vinisius cari mövsümdə Madrid klubunun heyətində 53 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı