“Paltardəyişmə otağında bu məsələ haqda danışırıq"

20 May 2023 15:20 İspaniya 322
“Paltardəyişmə otağında bu məsələ haqda danışırıq"

“Barselona”nın müdafiəçisi Ronald Arauxo Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, paltardəyişmə otağında bu məsələ barədə danışdıqlarını söyləyib:

“Paltardəyişmə otağında bu məsələ haqda danışırıq. Messinin geri dönməsi komandada xoş qarşılanacaq”.

Argentinalı forvard 2005-2021-ci illərdə “Barsa”da çıxış edib. Hazırda PSJ-də forma geyinən Messinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Messi cari mövsümdə Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti