
“Barselona”nın müdafiəçisi Jordi Alba yay transfer pəncərəsi zamanı komandanı tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, ispan futbolçu ilə “Atletiko” ilə maraqlanır.
Bildirilir ki, Alba “Atletiko”nun cinah oyunçusu Yannik Karraskonun “Barsa”ya keçidinin bir hissəsi ola bilər.
34 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 28 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
29 yaşlı Karrasko “Atletiko”nun heyətində 41 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.