“Barselona” hansı futbolçularını transferə çıxarır?

19 May 2023 21:40 İspaniya 556
“Barselona” hansı futbolçularını transferə çıxarır?

“Barselona” iki hücumçusunu – Ferran Torres və Ansu Fatini transferə çıxarır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu Rafinya Diazın satışı ilə bağlı təklifləri də dinləməyə hazırdır.

Futbolçuların özləri “Barselona”dan ayrılmaq istəmirlər, lakin rəhbərlik daha vacib oyunçuların gəlişini maliyyələşdirmək üçün onları satmağı planlaşdırır.

20 yaşlı Fati bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

23 yaşlı Torres cari mövsümdə 41 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti