“Messinin “Barselona”ya qayıtmasını çox istərdim” – Vitse-prezident

16 May 2023 00:10 İspaniya 444
“Messinin “Barselona”ya qayıtmasını çox istərdim” – Vitse-prezident

“Barselona”nın vitse-prezidenti Rafa Yuste argentinalı hücumçu Lionel Messinin kluba mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi hazırda PSJ-də forma geyinən Messinin “Barsa”ya qayıtmasını çox istədiyini deyib:

“Messi indi çempionluğu qeyd edən uşaqlar üçün çox yaxşı dostdur. Əminəm ki, o, onlar üçün xoşbəxtdir. Lionelin qayıtmasını çox istərdim”.

35 yaşlı hücumçu 2005-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. O, “Barsa”da 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.

Messinin PSJ ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu