“Biz heç vaxt hakimləri satın almamışıq” – KLUB PREZİDENTİ

15 May 2023 21:40 İspaniya 429
“Biz heç vaxt hakimləri satın almamışıq” – KLUB PREZİDENTİ

“Barselona”nın prezidenti Xuan Laporta “Neqreyra işi” ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, TV3-ə danışan klub rəhbəri, “Barselona”nın hakimlərə təsir etmədiyini bildirib:

“Artıq məlum oldu ki, biz heç vaxt hakimlərə təsir etməmişik, hətta onları satın almamışıq.

Bu, məhkəmə prosesində görünəcək. Bu, yenə uğursuzluğa düçar olan klubu gözdən salmaq kampaniyası idi.

Mən şahid, digərləri təqsirləndirilən şəxs qismində məhkəməyə çağırılmışıq. UEFA prezidenti Aleksander Çeferinlə ona görə görüşdüm ki, məndən hər şeyi öyrənsin, hər şey ona aydın olsun.

Əminəm ki, bütün bunların indi üzə çıxması təsadüfi deyil. Bir sıra maraqlı tərəflər var idi. Onlar bundan xilas olmayacaqlar”.

Daha əvvəl UEFA “Barselona”nın Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya pul ödəməsi ilə bağlı korrupsiya qalmaqalı işi üzrə araşdırmaya başladığını elan edib.

La Liqa rəhbərliyinin Kataloniya klubu ilə bağlı FİFA-ya şikayət göndərə biləcəyi də bildirilir.

“Barselona”nın İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Neqreyraya məxsus “DASNIL 95”-ə 1,4 milyon avro ödədiyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti