“Klub heç nə edə bilməz, onu indi satmaq qeyri-realdır - Artıq oynamaq həvəsini itirib“

15 May 2023 12:00 İspaniya 509
“Klub heç nə edə bilməz, onu indi satmaq qeyri-realdır - Artıq oynamaq həvəsini itirib“

Serbiyalı sabiq hücumçu Predraq Miyatoviç “Real”ın yarımmüdafiəçisi Eden Hazardın oyunundakı enişdən danışıb.

Sportinfo.az xəbər verir ki, “Real”ın keçmiş futbolçusu Hazardın futbol oynamaq həsəvini itirdiyini deyib:

“Klub heç nə edə bilməz, Hazardı indi satmaq qeyri-realdır. O, artıq futbol oynamaq həvəsini itirib. “Real” onu qalan bir ildə – müqaviləsinə uyğun olaraq, saxlamalı olacaq”.

Hazard 2019-cu ilin yayından Madrid klubunda çıxış edir.

32 yaşlı belçikalı futbolçu bu mövsüm “Real”ın heyətində 9 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"