“Klub prezidenti öz imicini qorumaq istəyir, çünki Messini buraxan adam kimi tanınır"

15 May 2023 10:20 İspaniya 346
“Klub prezidenti öz imicini qorumaq istəyir, çünki Messini buraxan adam kimi tanınır"

“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.

Sportinfo.az xəbər verir ki, Kuman, Messinin “Barsa”ya qayıdacağına inanmadığını deyib:

“Klub prezidenti Xuan Laporta öz imicini qorumaq istəyir, çünki o, Messini buraxan adam kimi tanınır. Messinin “Barselona”ya dönəcəyini düşünmürəm. Serxio Buskets gedəcək,

Jordi Alba da “Barselona”da qalmayacaq. Onlar üçü də yaxşı dostdur. ABŞ-a və ya Səudiyyə Ərəbistanına birlikdə getsələr, təəccüblənmərəm”.

35 yaşlı Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Daha əvvəl bildirilirdi ki, kataloniyalılar maliyyə problemlərini həll edə bilsələr, argentinalı futbolçu “Barselona”ya qayıda bilər.

Digər Xəbərlər
Xəbər Lenti