
Madrid “Real”ı LaLiqanın 34-cü turunu qələbə ilə başa vurub.
Sportinfo.az xəbər verir ki, Karlo Ancelottinin yetirmələri turnir cədvəlinin son üçlüyündə yer alan “Hetafe”ni qəbul ediblər.
Oyun, gözlənildiyi kimi, "Kral klubu"nun üstünlüyü ilə yekunlaşıb – 1:0.
Hazırda paytaxt komandası 71 xalla 2-ci, “Hetafe” isə 34 xalla 18-ci yerdədir.