Argentinalı ulduz yeni mövsümə “Barselona”da başlayacaq?

13 May 2023 21:40 İspaniya 417
Argentinalı ulduz yeni mövsümə “Barselona”da başlayacaq?

“Yuventus”un yarımmüdafiəçisi Anxel di Mariya yayda “Barselona”ya keçə bilər.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir.

Kataloniya təmsilçisinin də sol cinah üçün oyunçu axtarışı davam edir.

Anxel cari mövsümdə “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Di Mariya karyerası ərzində “Benfika” (2007-2010), “Real” (2010-2014), “Mançester Yunayted” (2014-2015), PSJ (2015-2022) kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti