“Mən “Real” fanatıyam, lakin Peresin futbolçusu deyiləm” - Liqanın prezidenti

13 May 2023 18:40 İspaniya 344
“Mən “Real” fanatıyam, lakin Peresin futbolçusu deyiləm” - Liqanın prezidenti

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, ilk görüşün əla keçdiyini vurğulayıb:

“İlk matç gözlənildiyi kimi əla keçdi. “Real” son vaxtlar çox yaxşı oynayır. Mən cavab görüşündə onları dəstəkləyəcəm”.

Tebas “kral klubu”nun prezidenti Florentino Pereslə ortaq iş görməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Mən “Real” fanatıyam, lakin Peresin (“Real”ın prezidenti) futbolçusu deyiləm”.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması 17 may, saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti