
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın hücumçusu Vinisius Junior haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, braziliyalının bir gün “qızıl top” mükafatını qazanacağına inandığını deyib:
“İki il öncə “Burger King”in baş direktoru ilə sponsorluq müqaviləsi bağlayanda nə danışdığımızı xatırlayıram.
“Məncə, Vinisius gələcəyin ulduzudur” fikrini səsləndirəndə tənqidə məruz qaldım. Düşünürəm ki, o, dünyanın ən yaxşı 3-4 futbolçusundan biridir.
Vinisiusun “qızıl top”a namizədlər arasında yer almaması məni təəccübləndirib. Məncə, o, bir gün həmin mükafata sahib çıxacaq”.
"Qızıl top” mükafatını qazanan sonuncu braziliyalı futbolçu Kakadır (2007).