Vergi orqanları məşhur klubu 15,7 milyon avro cərimələdi!

12 May 2023 00:10 İspaniya 277
Vergi orqanları məşhur klubu 15,7 milyon avro cərimələdi!

“Barselona” futbolçuların ödənişlərini pozduğuna görə 15,7 milyon avro cərimələnib.

Sportinfo.az xəbər verir ki, İspaniyanın vergi orqanları iddia edilən qanun pozuntuları ilə bağlı araşdırmanı yekunlaşdırıb və “Barsa”ya maliyyə cəriməsi kəsib.

Bu pozuntular “Audi” avtomobillərinin komanda üzvlərinə verilməsi, çarter reyslərinə ödənişlər barədə məlumatların verilməməsi və türkiyəli sabiq futbolçu Arda Turanla (1 312 500 avro) Aleksandr Sonqun (3,5 milyon avro) aldıqları təzminatın düzgün qeydə alınmaması ilə bağlıdır.

İstintaq 2019-cu ildə başlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti