
"Barselona" mövsümün sonunda futbolçusu Serxio Busketslə yollarını ayıracağını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi tviter hesabında paylaşım edib.
Postda "Barsa" əfsanəsi ilə vidalaşır" yazılıb.
2008-ci ildən əsas komandada çıxış edən Serxio Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
35 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Superkubokunun qalibi olub.