Messi və Argentina millisi "Laureus" mükafatına layiq görüldü

9 May 2023 18:40 İspaniya 355
Messi və Argentina millisi "Laureus" mükafatına layiq görüldü

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi 2023-cü il üçün "Laureus" mükafatına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasında 2-ci dəfə bu mükafatı qazanıb.

O, 2020-ci ildə mükafatı həmin vaxt "Mercedes"in pilotu olan Luis Həmiltonla bölüşüb.

Messidən başqa, Kilian Mbappe (Fransa, PSJ, futbol), Maks Verstappen (Niderland, Formula 1), Armand Duplantis (İsveç, dayaqla tullanma), Rafael Nadal (İspaniya, tennis), Stiven Karri (ABŞ, "Qolden Steyt", Basketbol). "Laureus"u alıblar.

Həmçinin bu il Argentina yığmaı da sözügedən mükafata layiq görülüb.

Laureus World Sports Awards" hər il idmançılara il ərzində əldə etdikləri nailiyyətlərə görə verilir. Mükafat 1999-cu ildə təsis edilib.

Messi ötən ilin dekabr ayında Argentina millisi ilə birlikdə dünya çempionu olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!