"Barselona”ya qayıtmaq istərdim, amma nə olacağını görəcəyik"

8 May 2023 21:20 İspaniya 711
"Barselona”ya qayıtmaq istərdim, amma nə olacağını görəcəyik"

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq “Barselona”ya qayıtmaq istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qabonlu hücumçunun sosial şəbəkədə videosu yayılıb.

Obameyanq videoda “Barselona”ya qayıtmaq istərdim, amma nə olacağını görəcəyik” deyib.

33 yaşlı hücumçu 2022-ci ildə “Barselona”da çıxış edib. Sentyabr ayında o, “Çelsi”yə keçib.

Obameyanq “Çelsi”nin heyətində 21 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti