“Real”ın ulduzuna heç bir transfer təklifi yoxdur

8 May 2023 18:20 İspaniya 371
“Real”ın ulduzuna heç bir transfer təklifi yoxdur

Belçikalı futbolçu Eden Hazard 2024-cü ildə karyerasını bitirə bilər.

Sportinfo.az xəbər verir ki, Hazard 2024-cü ilin yayında, “Real”la müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirməyi düşünür.

Amma həmçinin, məlumatda qeyd olunur ki, futbolçu gələcəyi ilə bağlı yekun qərar verməyib: o, yenidən futboldan həzz almağa imkan verəcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Belçikalı futbolçu ilə ABŞ və Yaxın Şərqin bir neçə klubu əlaqə saxlayıb, lakin bu günə kimi konkret transfer təklifi yoxdur.

Eyni zamanda, Hazard hiss edir ki, artıq futbolda özünün ən yaxşı tərəfini göstərib və karyerasını həmişə oynamaq istədiyi klub olan “Real”da bitirmək pis seçim olmaz.

Hazard daha əvvəl növbəti mövsüm üçün “Real”da qalmaq istədiyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!