Rodriqo “Real”ı İspaniya Kubokunun qalibi etdi - VİDEO

7 May 2023 10:15 İspaniya 695
Rodriqo “Real”ı İspaniya Kubokunun qalibi etdi - VİDEO

“Real Madrid” 20-ci dəfə İspaniya Kral Kubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib.

Sevilyadakı "Olimpiko de Sevilya-La Kartuxa" stadionunda keçirilən görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Rodriqo dubla imza atıb. “Osasuna”nın yeganə qolunu Lukas Torro vurub.

“Real Madrid” üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Turnirdə qazanılan kubokların sayına görə Madrid üçüncü yerdədir.

Madrid klubu 2014-cü ildən sonra ilk dəfə ölkə Kubokunu qazanıb.

Turnirdə qələbələrin sayına görə rekordçu 31 kubok qazanan “Barselona”dır. Siyahıda ikinci yerdə 23 qələbəsi olan “Atletik Bilbao” qərarlaşıb.

"Real" - "Osasuna" 2:1
Qollar:
Rodriqo, 2, 70 - Torro, 58

Digər Xəbərlər
Xəbər Lenti