Messinin “Barselona”ya qayıtması mümkün olmayacaq?

5 May 2023 18:40 İspaniya 465
Messinin “Barselona”ya qayıtması mümkün olmayacaq?

Kataloniyalıların maliyyə problemləri səbəbindən Lionel Messinin “Barselona”ya qayıtması təhlükə altındadır.

Sportinfo.az xəbər verir ki, İspaniya La Liqasının rəhbərliyi PSJ-nin hücumçusunun qaytarılmasını “Barselona” ilə müzakirə etdiklərini təkzib ediblər.

Potensial sövdələşmə bir neçə şərtə görə “faktiki olaraq mümkünsüz” kimi qiymətləndirilir. Birincisi, “Barsa” maaşlarını təxminən 200 milyon avro azaltmalı olacaq.

Qavi, Ronald Arauxo, Markos Alonso, Serxi Roberto və Aleks Balde üçün yeni, təkmilləşdirilmiş müqavilələrin qeydiyyata alınması zərurəti fonunda klub üçün bunu etmək çətin olacaq.

Belə bir vəziyyətdə Messinin müqaviləsini rəsmiləşdirmək klub üçün az qala mümkünsüz görünür.

Üstəlik, kataloniyalılar sonrakı mövsümlərdə artırmaq şərti ilə ilk mövsümdə Lionelə az maaş təklif edə bilməz. La Liqanın qaydaları buna imkan vermir.

Həmçinin, ötən yay maliyyə rıçaqlarının aktivləşməsi səbəbindən “Barselona” La Liqa rəhbərliyinə növbəti üç mövsüm üçün iqtisadi sabitliyə zəmanət verən maliyyə planı təqdim etməlidir.

Klubun artıq təqdim etdiyi plana argentinalı hücumçunun geri qaytarılması xərcləri daxil deyil.

Bütün bu səbəblərə görə, Messinin “Barsa”ya transferinin çətin olduğu düşünülür.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!