2024-cü ilə qədər adıçəkilən komandaya məxsus olacaq – YENİ MÜQAVİLƏ

5 May 2023 15:40 İspaniya 412
2024-cü ilə qədər adıçəkilən komandaya məxsus olacaq – YENİ MÜQAVİLƏ

"Real Sosyedad" David Silva ilə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, San-Sebastyan klubunun yeni müqaviləsinə əsasən təcrübəli futbolçu 30 iyun 2024-cü ilə qədər adıçəkilən komandaya məxsus olacaq.

37 yaşlı ispaniyalı bu mövsüm "Real Sosyedad"ın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.

“Valensiya” yetirməsi olan Silva “Eybar”, “Selta”. “Mançester Siti”də oynadıqdan sonra 2020-ci ildə “Real Sosyedad”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti