“Barselona” Messini PSJ-dən geri qaytarmaq üçün…

3 May 2023 22:00 İspaniya 713
“Barselona” Messini PSJ-dən geri qaytarmaq üçün…

“Nyukasl” “Barselona”nın vingeri Rafinya ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu “Nyukasl”dan braziliyalı üçün şifahi təklif alıb.

İngilislər Rafinya üçün təxminən 80 milyon avro ödəməyə hazırdırlar.

Daha əvvəl bildirilirdi ki, “Barselona” Lionel Messini PSJ-dən geri qaytarmaq üçün Rafinyanı “Arsenal”, “Nyukasl” və ya “Tottenhem”ə sata bilər.

Rafinya ötən yay 58+7 milyon avroya “Lids”dən “Barselona”ya keçib.

26 yaşlı futbolçu bu mövsüm “Barsa”nın heyətində 45 oyunda 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti