Azərbaycan komanda hesabında ikinci yeri tutdu

3 İyul 04:00 Güləş 870
Azərbaycan komanda hesabında ikinci yeri tutdu

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşçilərin çıxışına yekun vurulub.

Sportinfo.az xəbər ki, yığmamız komanda hesabında ikinci yeri tutub.

Millimiz yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub. 129 toplayan yığmamız Gürcüstandan (135) 6 xal geri qalıb. Komandamızla eyni xal toplayan Ukrayna 3-cü yeri tutub.

Azərbaycan güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) ilə Tural Əhmədov (63 kq), Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (67 kq), Elmin Əliyev (82 kq) bürünc medala sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM