Al, bu da yeni sponsorun!

20 Aprel 2017 08:36 İslam Oyunları 675
Al, bu da yeni sponsorun!

Bakı 2017 İslam Həmrəyliyi Oyunları "BonAqua"nın Oyunların rəsmi su təminatçısı kimi seçildiyini elan edib. Sportinfo.az-ın məlumatına görə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov “BonAqua"nın Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi su təminatçısı kimi seçildiyindən məmnun olduğunu söyləyib:

“Coca-Cola şirkətinin uzun illər boyunca beynəlxalq idman tədbirlərinə dəstək verməsi faktını nəzərə alsaq, IV İslam Həmrəyliyi oyunlarında da şirkətin su brendini seçməyimiz heç də təsadüfi deyil. Oyunların həyata keçməsində bütün rəsmi tərəfdaş və dəstəkçilərə böyük təşəkkürümüzü bildirir və birgə əməkdaşlıq sayəsində bütün İslam dünyasının diqqətini Oyunlara cəlb edə biləcəyimizdən əminəm".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"