İran IV İslamiadaya 280 nəfərlik nümayəndə heyəti ilə gələcək

19 Aprel 2017 11:24 İslam Oyunları 323
İran IV İslamiadaya 280 nəfərlik nümayəndə heyəti ilə gələcək

İran Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. Sportinfo.az-ın “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə qonşu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi Şahruh Şahnazi açıqlama verib. Onun sözlərinə görə, nümayəndə heyətində 130 kişi, 35 qadın idmançı yer alacaq.

İran İslamiadada voleybol, zorxana, boks, tennis, atletika, para-atletika, ağırlıqqaldırma, cüdo, para-cüdo, idman gimnastikası, karate, atıcılıq, uşu, üzgüçülük, suya tullanma, su polosu, stolüstü tennis, taekvondo, sərbəst və yunan-Roma güləşi növlərində təmsil olunacaq.

Bu, qonşu ölkənin İslamiadalar tarixində ən geniş heyəti olacaq. İran ilk oyunlarda 130 idmançı ilə ümumi medal sıralamasında 4-cü, sonuncu İslamiadada isə 88 idmançı ilə 2-ci yeri tutub. IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"