Azərbaycan - Kamerun matçrı üçün biletin qiyməti - 3 manat

18 Aprel 2017 13:00 İslam Oyunları 705
Azərbaycan - Kamerun matçrı üçün biletin qiyməti - 3 manat

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bütün idman növləri üzrə yarışların başlama saatları müəyyənləşib. Sportinfo.az xəbər verir ki, yarışlara mayın 12-də keçiriləcək açılış mərasimindən 4 gün əvvəl start veriləcək.

İlk gündə futbol üzrə kişilər arasında qrup mərhələsinin oyunları baş tutacaq. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Kamerun yığması ilə üz-üzə gələcək. Görüş "Bayıl Arena"da keçiriləcək. Futbol matçları üçün biletlərin qiyməti 3 manatadı.

8 may (bazar ertəsi)

Futbol / Qrup mərhələsi

Kişilər
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş
"Azal Arena"

12:30. Əlcəzair - Türkiyə
"Bayıl Arena"
16:30. Fələstin - Oman
"Azal Arena"
18:30. Azərbaycan - Kamerun
"Bayıl Arena"

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. Tədbir saat 21:00-da başlayacaq. Bağlanış mərasimi isə 22 may saat 20:00-a təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"