Bakıda keçiriləcək İslamiadada 57 müsəlman ölkəsinin hamısı iştirak edəcək

17 Aprel 2017 19:12 İslam Oyunları 463
Bakıda keçiriləcək İslamiadada 57 müsəlman ölkəsinin hamısı iştirak edəcək

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İHİF-in (İslam Həmrəyliyi İdman Federasiyası) bütün 57 üzv ölkəsinin idmançıları mübarizə aparacaqlar. Bu barədə Sportinfo.az-a Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən (AİHOƏK) məlumat verilib.

Rəsmi açıqlamada bildirilir ki, bütün tərəflərlə əldə olunan razılaşma nəticəsində Küveyt idmançıları İHİF-in bayrağı altında Müstəqil İslam Həmrəyliyi Oyunlarının təmsilçiləri kimi Bakıya gələcəklər. Yalnız idmançılar və məşqçilər İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və bu qurumun formalarını geyinəcəklər.

İdmançıların qazanacaqları bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. Onların iştirakının təşkili məsələlərinin həlli və hərtərəfli təmin olunmaları məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub.

İHİF-in Baş Katibi Faysal Əbdüləziz Əl-Nassar bildirib ki, bütün 57 ölkədən olan idmançıların bu Oyunlarda iştirakı çox sevindirici haldır. O, belə nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığını bildiririb.

IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün dörd qitədən 5000-dək idmançı və rəsmi şəxsin Bakıya gəlişi gözlənilir. İdmançılar para-atletika və para-cüdo da daxil olmaqla, 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizə aparacaqlar. 12 - 22 mayda keçiriləcək Oyunlara Bakı Olimpiya Stadionu daxil olmaqla, Bakının 16 müasir yarış obyekti ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"