Millimizin İslamiada təqvimi

17 Aprel 2017 18:36 İslam Oyunları 430
Millimizin İslamiada təqvimi

İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının təqvimi dəqiqləşib. Sportinfo.az xəbər verir ki, mayın 8-də start götürəcək yarışın ilk oyunu saat 10:30-da olacaq. Açılış matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş üz-üzə gələcək. Bu komandalarla eyni qrupda yer alan Azərbaycan yığması bütün qarşılaşmalarına günün sonunda çıxacaq.

Yaşar Vahabzadənin yetirmələrinin görüşləri saat 18:30-da başlanacaq. Bütün oyunlarımız isə “Bayıl Arena”da baş tutacaq. Ümumilikdə, qrup matçları bu arena və “AZAL Arena”da keçiriləcək. Yarımfinalları “Dalğa Arena”, medal görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionu qəbul edəcək. Final mayın 21-də saat 20:00-da olacaq.


A qrupu

Azərbaycan
Səudiyyə Ərəbistanı
Mərakeş
Kamerun

B qrupu

Türkiyə
Əlcəzair
Fələstin
Oman


8 may

10:30. Səudiyyə Ərəbistanı – Mərakeş
AZAL Arena

12:30. Əlcəzair – Türkiyə
Bayıl Arena

16:30. Fələstin - Oman
AZAL Arena

18:30. Azərbaycan - Kamerun
Bayıl Arena

11 may

10:30. Oman – Türkiyə
AZAL Arena

12:30. Kamerun - Mərakeş
Bayıl Arena

16:30. Fələstin – Əlcəzair
AZAL Arena

18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı
Bayıl Arena

15 may

12:30. Oman – Əlcəzair
AZAL Arena

12:30. Türkiyə - Fələstin
Bayıl Arena

18:30. Kamerun – Səudiyyə Ərəbistanı
AZAL Arena

18:30. Mərakeş – Azərbaycan
Bayıl Arena

18 may

12:30. A2 – B1
Dalğa Arena

18:30. A1 – B2
Dalğa Arena

21 may

14:00. 3-cü yer uğrunda
Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. Final
Tofiq Bəhramov adına Respublika Stadionu

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"