Bakı-2017-nin maskotları “İncə” və “Cəsur” İçərişəhərdə uşaqların gözü ilə

17 Aprel 2017 09:00 İslam Oyunları 556
Bakı-2017-nin maskotları “İncə” və “Cəsur” İçərişəhərdə uşaqların gözü ilə

İçərişəhərdə 4-cü İslam həmrəyliyi oyunlarının rəsmi rəmzləri olan “İncə” və “Cəsur” maskot heykəllərinin rənglənməsinə ilə bağlı tədbir keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qalib 6 gənc rəssamı ьaskotların rənglənmə cəlb olunublar. Müsabiqədə Uşaq-Gənclər Rəsm Qalareyasının iki üzvü və Rəssamlıq Akademiyasının iki tələbəsinin dizaynı da qalib gəlib.

6-13 yaş arası uşaqlara, eləcə də Rəssamlıq Akademiyasının gənc rəssamlarına öz fərdi dizaynları ilə maskotlar yaratmaq imkanının verilməsi və tarixi tədbirin bir parçası olması Bakı-2017-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri idi. Maskot heykəllərinin bir cütü original rəngdə, və digər cütlük isə qalib gəlmiş dizayna uyğun rənglənib.

Yeri gəlmişkən, original rəngdə boyanmış Bakı 2017 dizayn maskotları şəhərimizin ən məşhur küçələrindən biri olan Nizami küçəsində (Torqovi) yerləşdiriləcək. Digər, rəssamlıq akademiyasının dizaynına əsasən rənglənmiş cütlük İçərişəhərdə, Uşaq-Gənclər Rəsm Qalareyası dizaynında rənglənmiş cütlük isə bulvarda olacq, paytaxtımıza təşrif buyuran qonaqlara və ölkəmizin vətəndaşlarına İslam oyunlarının əhval ruhiyyəsini bəxş edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"