"Bakı 2017" ümumxalq səyahət turu Ağcabədiyə çatdı

15 Aprel 2017 15:12 İslam Oyunları 331
"Bakı 2017" ümumxalq səyahət turu Ağcabədiyə çatdı

IV İslam Həmrəyliyi ilə əlaqədar Xəzər dənizində start götürən "Bakı 2017" ümumxalq səyahət turu Ağcabədi rayonuna çatıb. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, əlamətdar hadisə ilə əlaqədar Ağ göl parkında tədbir keçirilib. "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Su mərasimi rəqs həvəskarı Fatimə Şirinova, karate üzrə əməkdar məşqçi Eldəniz Qəmbərov, dünya çempionatının gümüş və bürünc medal mükafatçısı Adəm Məmmədov tərəfindən göldən səhəngə su doldurulması ilə başlanılıb. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Ağ göl Azərbaycanın ikinci ən böyük gölü sayılır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"