İndoneziya nümayəndə heyəti Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 110 idmançı qatılacaq. Sportinfo.az xəbər verir ki, bu ölkə İslamiadada idmanın 13 növündə təmsil olunacaq. IV İslam Həmrəyliyi Oyunları 12 -22 mayda keçiriləcək.
Bunlar basketbol, voleybol, üzgüçülük, suya tullanma, atletika, paraatletika idman gimnastikası, cüdo, karate, atıcılıq, taekvondo, ağırlıqqaldırma və uşudur. İndoneziyanın futbol üzrə milli komandası yarışda iştirakını gec təsdiqlədiyi üçün kənarda qalacaq. Bu komandanın iştirakçılardan biri imtina edəcəyi təqdirdə, Oyunlara qatılması gündəmdədi.
