“Bakıda keçiriləcək İslamiadadan kənarda qalmaq bizim üçün gözlənilməz oldu” - Sportinfo.az xəbər verir ki, bunu 23 yaşadək futboçulardan ibarət İndoneziya millisinin üzvü Evan Dimas Bakıda keçiriləcək IV İslam Həmrəyli Oyunlarından kənarda qalmalarına münasibət bildirərkən deyib.
22 yaşlı müdafiəçi vurğulayıb ki, İndoneziya milli komandasının İslamiadada iştirak etməyəcəyi ilə bağlı xəbər futbolçuları məyus edib. O, bu məsələni udunub, irəliyə baxmalı olduqlarını söyləyib: “Qeyri-adi bir durumdu. İslamiadaya getməyəcəyimiz üçün məyusuq. Yarışa hazırlıqla bağlı İspaniya toplanışı da təxirə salındı. Lakin bu məsələni unudub, irəliyə baxmaq lazımdı”.
İslamiadada futbol üzrə 8 ölkənin milli komandası mübarizə aparacaq. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İndoneziya yığmasının IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasını onlardan vaxtında cavab gəlməməsi ilə bağlı olduğunu bildirib.
