Milliyə niyə "YOX" deyilib?

7 Aprel 2017 11:48 İslam Oyunları 567
Milliyə niyə "YOX" deyilib?

“İslamiadanın futbol yarışında 8 ölkə iştirak edəcək. Onlar texniki və logistika baxımından seçilib. İndoneziyaya 4-5 məktub göndərildi. Onlardan vaxtında cavab gəlmədi. Ona görə də yarışda 8 ölkənin iştirakı təsdiqlənib” - Sportinfo.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov İndoneziya futbol yığmasının IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasına münasibət bildirərkən deyib.

İndoneziyanın bununla bağlı narazılığını şərh edən A.Rəhimov bildirib ki, artıq gecdir və cədvələ dəyişiklik etmək olmaz. Nazir İndoneziya nümayəndələrinə lazımi izahat veriləcəyini söyləyib: “Artıq gecdi. Cədvəli dəyişə bilmərik. İndoneziya nümayəndələri ilə bu gün görüş olacaq və onlara lazımi izahat veriləcək”.

IV İslam Həmrəyliyi Oyunlarında ev sahibi Azərbaycan milli komandası ilə yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları çıxış edəcək. İslamiadada hər bir ölkə 23 yaşadək futbolçulardan ibarət yığma ilə təmsil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"