Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının püşkü atılıb. Sportinfo.az xəbər verir ki, Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət millisi A qrupuna düşüb. Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş olub.
B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb. Futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.
