Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Pakistan 25 atletlə təmsil olunacaq. Sportinfo.az xəbər verir ki, bu barədə Pakistan Atletika Federasiyasının prezidenti Əkrəm Sahi açıqlama verib. İstefada olan general-mayor bildirib ki, atletlərdən 11-i qadın olacaq.
IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. O, 7 - 9 apreldə keçiriləcək ölkə çempionatındakı nəticənin siyahıdakı idmançıların tərkibinə ciddi təsir edəcəyinə inanmadığını bildirib. Ə.Sahi xüsusən, qadın atletlərin İslamiadada kifayət qədər medal qazanma şanslarının olduğunu vurğulayıb.
