İslam oyunlarının təşkilində və keçirilməsində iştirak edənlər ölkəmizə vizasız gələcək

1 Aprel 2017 00:46 İslam Oyunları 557
İslam oyunlarının təşkilində və keçirilməsində iştirak edənlər ölkəmizə vizasız gələcək

İslam həmrəyliyi oyunlarının təşkilində və keçirilməsində iştirak edən və akkreditasiyadan keçmiş şəxslər, habelə Bakı-2017-in iştirakçıları aprelin 1-dən viza almadan Azərbaycana gələ biləcəklər. Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2017-ci il 2 mart tarixli Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və ölkəmizdən gedə bilərlər.

4-cü İslam həmrəyliyi oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"