İslamiada və Formula 1 zamanı Bakıda haralar bağlanacaq?

17 Mart 2017 00:53 İslam Oyunları 519
İslamiada və Formula 1 zamanı Bakıda haralar bağlanacaq?

Bu ilin mayın 13-25-də tarixlərində Azərbaycan İslam Həmrəylik Oyunlarına, iyunda isə artıq ikinci dəfə “Formula 1”ə ev sahibliyi edəcək. Sportinfo.az xəbər verir ki, beynəlxalq yarışlarla əlaqədar Bakıda xüsusi tədbirlər həyata keçiriləcək. İctimaiyyəti düşündürən məslələrdən biri də yarışların keçirildiyi müddətdə həmin ərazidəki təhsil müəssisələrinin fəaliyyətini dayandırıb-dayandırmayacağıdır.

2012-ci ildə “Avroviziya”ya ev sahibliyi edən Azərbaycanda bu ərəfədə mahnı müsabiqəsinin keçirildiyi konsert zalına yaxın ərazidə yerləşən məktəblər bağlanmışdı. Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, hələlik idman yarışlarının keçiriləcəyi ərəfədə həmin ərazidə yerləşən məktəblərin bağlanıb-bağlanmaması ilə bağlı açıqlama vermək çətindir: “Bu bir neçə təşkilatın birgə verəcəyi qərardır. Düşünürəm ki, yəqin ki, aprelin əvvəlində bu haqda məlumat yayımlayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"