Banqladeş İslamiadaya 31 idmançı ilə gəlir - 8 növ üçün

16 Mart 2017 14:36 İslam Oyunları 348
Banqladeş İslamiadaya 31 idmançı ilə gəlir - 8 növ üçün

Banqladeş Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 31 idmançı ilə təmsil olunacaq. Sportinfo.az-ın "The Daily Star"a istinadən verdiyi məlumata görə, asiyalılar idmanın 8 növündə mübarizə aparacaqlar.

2013-cü ildə İndoneziyada təşkil olunmuş İslamiadada bir gümüş və bir bürünc medal qazanan Banqladeş idmançıları Azərbaycanda atıcılıq, ağırlıqqaldırma, üzgüçülük, güləş, gimnastika, atletika, karate və zorxana üzrə yarışlarda mükafat əldə etməyə çalışacaqlar. 57 ölkənin iştirak edəcəyi IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"