Millimizin üzvü "Neftçi"də master-klass keçəcək - FOTO

11 Mart 2017 15:00 İslam Oyunları 588
Millimizin üzvü "Neftçi"də master-klass keçəcək - FOTO

IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri gənc idmançılar və idmana həvəsli olan gənclərə master-klasslar keçəcəklər. Bu barədə Sportinfo.az-a "Baku 2017"nin Əməliyyat Komitəsindən bildiriblər. "Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunacaq master-klasslarda "Bakı 2017"nin rəsmi facebook səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.

Cüdo üzrə master-klass martın 13-də "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda isə Olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək.

Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək. Master-klassların məqsədi idmançı səfirlər tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"