Bakıda İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək

10 Mart 2017 13:24 İslam Oyunları 459
Bakıda İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Bəs İslam Həmrəyliyi Oyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək?

Sportinfo.az xəbər verir ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının mətbuat xidmətinin rəhbəri Cəmilə Cəfərzadə modern.az-a deyib ki, idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq. Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək. “Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildi:

1. Bişirilmiş və emal edilmiş ət
2. Çiy ət
3. Bütün pendir növləri

Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir. “Halal” olmayan tərkibdə hər hansı bir qida, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır. Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"