"İstəsə belə, Azərbaycana gələ və iştirak edə bilməz!"

27 Fevral 2017 10:12 İslam Oyunları 505
"İstəsə belə, Azərbaycana gələ və iştirak edə bilməz!"

Gənclər və İdman Nazirliyi Azərbaycanın İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı yayılan xəbərlərə yadınlıq gətirib. Sportinfo.az xəbər verir ki, Bakıda keçiriləcək İslamiadada iştirak etmək üçün 53 ölkə rəsmi qeydiyyata alınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, bəzi media orqanlarında yayılan xəbər yanlışdı. “Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz! Çünki, Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"