"İslam oyunları-2017"nin maskotları təqdim edildi - FOTOLAR

13 Fevral 2017 15:24 İslam Oyunları 1 827
"İslam oyunları-2017"nin maskotları təqdim edildi - FOTOLAR

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün ictimaiyyətə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotlarını təqdim edib. Sportinfo.az xəbər verir ki, Qarabağ atları mayın 12-22-də baş tutacaq İslamiadanın simvolu elan edilib.

İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar. Yəni onlar simvolik olaraq, “İncə” və “Cəsur” adlanacaqlar.

İncə - özündə millilik və müasirliyi məharətlə cəmləyir.
Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadı.

Maskotlar oyunlar öncəsi və yarışın gedişində əhalimizi İslamiadanın bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda, mərkəz və regionlarımızda əsl idman bayramı əhval ruhiyyəsi yaradacaqlar.

Maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də, real görünüşə sahib olaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"