Bakı İslam Universitetinin (BİU) rektoru, professor Sabir Həsənli Azərbaycan İslam Həmrəyliyi Oyunları (12 - 22 mayda keçiriləcək) Əməliyyat Komitəsinin direktoru Elçin Səfərovla görüşüb. Sportinfo.az xəbər verir ki, BİU-nun kafedra müdiri Elvin Talışınskinin "report"a verdiyi məlumata görə, "Heydər" məscidində baş tutan görüşdə İslam Həmrəyliyi Oyunları ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Bunlardan biri Atletlər Kəndində idmançıların İslam qaydalarına uyğun şəkildə yerləşdirilməsi ilə əlaqədar olub: "Görüşdə idmançıların yerləşdiriləcəyi otaqlarda İslam qaydalarına uyğun hazırlıq işlərinin aparılması, idmançıların ibadəti üçün namaz otaqlarının hazırlanması, otaqlarda "Qurani-Kərim" kitablarının yerləşdirilməsi kimi məsələlərlə bağlı müzakirələr aparılıb".
