"Baku 2017"nin səfirinin video müraciəti təqdim olundu

9 Fevral 2017 13:00 İslam Oyunları 541
"Baku 2017"nin səfirinin video müraciəti təqdim olundu

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində bu gün keçirilən təqdimetmə mərasimində "Baku 2017"nin digər ölkələrdən olan səfirləri haqqında videoçarx nümayiş olunub. Sportinfo.az xəbər verir ki, Dubay Kral ailəsinin nümayəndəsi Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim edilib.

Atıcılıq idmanı üzrə dünya və Asiya çempionu olan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum bildirib ki, IV İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında bu proqram çox mühüm rol oynayacaq: "Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə bərabər, eyni zamanda hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdı.“

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"