"Çox oyunçu olduğunuz zaman bu vəziyyətin öhdəsindən gəlmək çətindir"

19 Sentyabr 2020 09:56 İngiltərə 733
"Çox oyunçu olduğunuz zaman bu vəziyyətin öhdəsindən gəlmək çətindir"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan "Lokomotiv"inə qarşı matçda (2:1) yarımmüdafiəçi Dele Allinin oynamamasının səbəbi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis deyib:

"Dele Alli? Avropa Liqasının seçmə mərhələsində "Lokomotiv"lə matçda heyətdən kənarda qalan 7 oyunçu barədə də soruşa bilərsiniz.

Düzü, komandamdakı oyunçu sayını sevmirəm. İşimin hər sahəsini idarə etmək çox çətindir. Çox oyunçu olduğunuz zaman bu vəziyyətin öhdəsindən gəlmək çətindir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!